Başlayır
11 February 2017
Bitir
15 February 2017
Ünvan
Bakı, Azərbaycan Xəritəyə baxƏziz dostlar!
ELSA Azərbaycan və ELSA Amsterdam sizə ikitərəfli təhsil səfərinə qeydiyyatı açıq elan edir.
11-15 fevral tarixlərində siz Hollandiyanın liman şəhəri olan Amsterdama səfər edə bilərsiniz. Mədəni və intellektual mərkəz olan Amsterdama səfərin təşkilatçılığı ELSA Azərbaycan və ELSA Amsterdama aiddir. ELSA-nın mühüm tədbirlərindən biri olan Təhsil Səfərində siz nə əldə edəcəksiniz:
1. Amsterdamın zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq;
2. 15 saatlıq akademik hissə ilə Amsterdam universitetlərində müxtəlif mühazirələr və seminarlarda iştirak etmək, habelə yerli məhkəmə və debatlarda iştirak;
3. Bir çox mədəni və sosial fəaliyyətlə məşğul olmaq;
4. Beynəlxalq hüququn paytaxtı olan Haaqa şəhərinə səfər etməklə, Hollandiya Parlamenti, Ali Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinə səfər etmək.
Təhsil səfərinə qatılmaqla siz unudulmaz təcrübə əldə edəcəksiniz.
Qeyd: Xərclər iştirakçıların özləri tərəfindən qarşılanır.
Qeydiyyat üçün son tarix - 15.12.2016
Qeydiyyatdan keç