Avropa İnsan Hüquqları Məhkəməsi və Konvensiyası

insan
ELSA Azərbaycan sizi 3 noyabr (şənbə günü), saat 11:00-da Anatolia Otel-də baş tutacaq “Avropa İnsan Hüquqları Məhkəməsi və Konvensiyası” mövzusunda keçiriləcək təlimə dəvət edir! Təlimin I hissəsində Bakı Dövlət Universitetində bakalavr və magistr dərəcələrini almış, Vəkillər kollegiyasının üzvü, PSG hüquq şirkətinin və 3 saylı vəkil bürosunun hüquqşünası Sevinc Əliyeva; Təlimin

Başlayır

Bitir

ELSA Azərbaycan sizi 3 noyabr (şənbə günü), saat 11:00-da Anatolia Otel-də baş tutacaq “Avropa İnsan Hüquqları Məhkəməsi və Konvensiyası” mövzusunda keçiriləcək təlimə dəvət edir!

Təlimin I hissəsində Bakı Dövlət Universitetində bakalavr və magistr dərəcələrini almış, Vəkillər kollegiyasının üzvü, PSG hüquq şirkətinin və 3 saylı vəkil bürosunun hüquqşünası Sevinc Əliyeva;

Təlimin II hissəsində Bakı Dövlət Universitetində bakalavr və magistr dərəcələrini almış, Universitetin hüquq fakültəsinin xarici əlaqələrlə iş üzrə dekan müavini, insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Gülnaz Ələsgərova öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəkdir.

Təlimdə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.

Yerlər məhdud saydadır. İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir!

Keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/SPJodICcDtbRDqKJ3

Qeydiyyat üçün son tarix:
2 Noyabr, 23:59.

DAHA ƏTRAFLI

ten − six =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + twelve =