
Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması
15 fevral 2021-ci ildə ELSA Azərbaycan tərəfindən “Süni intellekt mülki hüququn subyekti hesab edilə bilərmi?” mövzusunda keçirilən Esse müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. İngilis dilində yazılan esselər üzrə qalib Sevil Həsənli, Azərbaycan dilində yazılan esselər üzrə qalib isə Ata Vəliyev olmuşdur. Qaliblərə pul mükafatı və sertifikat təqdim edilmişdir. Eyni zamanda ikinci yerin qaliblərinə də hədiyyə kuponları və sertifikatlar təqdim olunmuşdur.
Müsabiqədə iştirak edən hər kəsə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Növbəti layihələrimizdə görüşmək ümidi ilə!