ELSA-nın 64-cü ŞURA TOPLANTISI yekunlaşdı.

ELSA-nın 64-cü ŞURA TOPLANTISI yekunlaşdı.

27 Oktyabr – 3 Noyabr tarixləri aralığında Xorvatiyanın Opatiya şəhərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının 64-cü Şura Toplantısı keçirilmişdir. Şura Toplantısında Avropanın ELSA-ya daxil olan 42 ölkəsindən 34-ü, ümumilikdə 326 nəfər iştirak etmişdir. Şura Toplantısı çərçivəsində ELSA-nın qarşısında dayanan ümumi məsələləri müzakirə etmiş, fəaliyyətlə bağlı mühüm qərarlar vermişdir. Toplantıda əsas müzakirə məsələləri bunlar olmuşdur:

  • Beynəlxalq İdarə Heyətinin Baş Katib, Mühasib və Marketinq üzrə Vitse-Prezident vəzifələri üçün seçimlər.
  • Rusiyanın üzvlüyə bərpası məsələsi.
  • Ermənistanın müşahidəçi üzvlüyə qəbul olunması məsələsi.
  • 2014-cü ilin yay Prezidentlər Toplantısının keçirilmə yerinin müəyyənləşdirilməsi.
  • 2015-ci ilin YAZ Şura Toplantısının keçirilmə yerinin müəyyənləşdirilməsi.

Şura Toplantısında bütün üzv dövlətlərin hüquqları eyni olmaqla, bütün məsələlər üzv dövlətlərin nümayəndəlikləri tərəfindən həll edilir, bütün qərarlar ELSA-nın üxtəlif dövlətlərdəki nümayəndəlikləri tərəfindən verilir. Bütün üzv dövlətlər 3 səs hüququna malikdirlər ( Tamhüquqlu üzv kimi Azərbaycan da 3 səs hüququna malikdir).

Şuranın qərarına əsasən Emil Nqyuist ELSA-nın yeni baş katibi, Rebecca və Petra isə müvafiq olaraq Mühasib və Marketinq üzrə Vitse-Prezident vəzifələrinə seçildilər.

Rusiyanın üzvlük məsələsinə baxıldı ( Qeyd edim ki, üzv olmaq üçün ümumi səslərin 4/5 hissəsi toplanmalıdır) və Şuranın qərarı mənfi oldu. Rusiya ELSA üzvlüyünə qəbul edilmədi.

Ermənistan isə Müşahidəçi üzv olmaq üçün mürəciət etmişdi ( Müşahidəçi üzvlük üçün ümumi səslərin 2/3 hissəsi tələb olunur). Ermənistanın ELSA-ya qoşulma müraciətindən də imtina edildi.

Şuranın qərarına əsasən 2014-cü il yay Prezidentlər Toplantısının Avstriyada və 2015-ci il YAZ Şura Toplantısının Ruminiyada keçiriməsi rəsmiləşdirildi.

Qeyd edim ki, ELSA Azərbaycan Toplantıda 10 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Toplantıda ELSA Azərbaycan adından Azərbaycan nümayəndəliyinin Prezidenti Sİrac Sultanlı, Marketinq üzrə Vitse-Prezident Əsgər Həsənov, STEP üzrə vitse Prezident Aysel Axundova, Sosial fəaliyyətlər üzrə Direktor Toğrul Bayramov, Bakı Dövlət Universiteti üzrə lokal qrupun Prezidenti Zülfiyyə Hüseynova, və Baş katibi Bayram Oruclu və 4 nəfər aktiv üzv iştirak etmişdir

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır