ELSA Day – The Orange Movie Festival qısametrajlı film müsabiqəsi

25 noyabr tarixində ELSA Azərbaycan tərəfindən ELSA Day çərçivəsində The Orange Movie Festival qısametrajlı film müsabiqəsi keçirilmişdir. ELSA Day hər il Noyabr ayının 25-i qeyd olunur və bugün ELSA-nın Avropanın 43 ölkəsində olan milli və lokal nümayəndəlikləri insan hüquqlarının təbliği ilə bağlı tədbirlər həyata keçirirlər. Bu il keçiriləcək tədbirlərin mövzusu Gender Bərabərliyi olmuşdur. ELSA Azərbaycanın keçirdiyi layihə 2 aylıq bir müddəti əhatə etmiş, layihədə tələbələr 2 mərhələdən keçmişlər. Birinci mərhələdə iştirakçılar Gender Bərabərliyi mövzusunda təlimlərdə iştirak etmişlər. İkinci mərhələdə mövzu çərçivəsində hazırlanan videolar təşkilat komitəsi tərəfindən qəbul olunmuş, qiymətləndirilmiş və bugün keçirilən tədbirdə geniş auditoriyaya təqdim olunmuşdur. Tədbirdə 12 film yarışmış, ümumilikdə isə 120 nəfər tamaşaçı iştirak etmişdir. Elvira Velehovanın “Çünki sən qadınsan” filmi birinci, Aydan Ağazadənin “S(He)” filmi ikinci, Cavid Məhyəddinovun “Woman in frame” filmi isə üçüncü yeri tutmuşdur.

Qeyd edək ki, qalib gələn iştirakçıya 300 manat, ikinci yeri tutan iştirakçıya 200, üçüncü yerə isə 100 manat məbləğində mükafat olaraq təqdim olunmuşdur. Eyni zamanda qalib iştirakçının hazırladığı video-çarx Avropanın müxtəlif ölkələrindən olan 500-dən artıq hüquqşünas tələbələrin iştirak etdiyi Beynəlxalq Şura Toplantısında nümayiş etdiriləcək.

Qalib gələn videolar gələn günlərdə paylaşılacaq.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

4 × four =

Leave a Reply

Your email address will not be published.

19 − 7 =