ELSA Danışıqlar Müsabiqəsi

ELSA Danışıqlar Müsabiqəsi

15 may tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində ELSA Azərbaycanın Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Grata International, BHM və Adrem Attorneys hüquq şirkətlərinin dəstəyi ilə təşkil etdiyi lll Elsa Danışıqlar Müsabiqəsinin yarımfinal və final mərhələləri baş tutmuşdur. 

ELSA Danışıqlar Müsabiqəsi iki tərəf arasında danışıqlar prosesinin simulyasiyasıdır. Bu məqsədlə, müştərini təmsil edən iki hüquq tələbəsi və ya gənc hüquqşünasdan ibarət iki komanda hüquqi mübahisəni müzakirə edir və bu simulyasiya hüquqşünas hakim və ya hakimlər tərəfindən müşahidə edilərək sonda qiymətləndirilir.

Müsabiqədə müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 10-dan çox komanda iştirak etmiş, onlardan 2-si – “Legalese” və “4-4-2” komandaları final mərhələsində danışıqlar aparmışdır. Çıxışlar təcrübəli hakimlər Ruslan Mirzəyev, Nihal Əlizadə və Cəlil Əhmədov tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə əsasında “Legalese” komandasının iştirakçıları Selcan Məmmədli və Xəyyam Sultanlı 1-ci yerə, “4-4-2” komandasının iştirakçıları Əjdər Allahverdiyev və Kənan Yusifli isə 2-ci yerə layiq görülmüşdür. 

Sonda yarışmanın iştirakçıları mükafatlandırılmış və xatirə şəkili çəkdirilmişdir.photo_2021-05-23_15-21-52 photo_2021-05-23_15-22-23 photo_2021-05-23_15-23-08 photo_2021-05-23_15-23-58

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

17 + three =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 13 =