ELSA Beynəlxalq Nümayəndəliyinin VP STEP üzrə vitse-prezidenti İrakli Samxaradze ELSA-nın Azərbaycandakı Nümayəndəliyinin fəxri qonağı oldu.

12- 13 oktyabr  2011-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Birliyinin (ELSA)  Beynəlxalq Nümayəndəliyinin  Tələbə Təcrübə Mübadiləsi Proqramı  (VP STEP)  üzrə  vitse-prezidenti  İrakli Samxaradze ELSA-nın Azərbaycandakı  nümayəndəliyinin fəxri qonağı oldu. Səfər çərçivəsində qonaq Azərbaycanın dövlət universitetləri olan Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Hüquq fakültələrinin rəhbərliyi ilə görüşdü,  aktiv tələbələrlə görüşlərdə iştirak etdi və ünvanlanan sualları cavablandırdı.

Səfərin əsas məqsədi, artıq bir ildirki Avropa Hüquqşünas Tələbələr  Birliyinə üzv seçilən Azərbaycanda bu müddət ərzində görülən işlərlə yaxından maraqlanmaq və illik hesabat toplantısı keçirtməkdir. Bir neçə gün davam edən toplantılarda  tələbələrlə yanaşı, bir çox dövlət rəsmiləri ilə də görüşlər keçirildi. Gündəlikdə əsasən Avropada təhsil alan hüquq tələbələri ilə Azərbaycanda təhsil alan  tələbələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi , Avropada praktika imkanlarının genişləndirilməsi, hüquq sahəsində eynilə də beynəlxalq hüquqda  yeni islahatlarla bağlı hüquq tələbələrinin məlumatlandırılması  və ən əsası ölkəmizdə ilk dəfə olaraq tələbələrarasında keçiriləcək “Səhnələşdirilmiş Məhkəmə Prosesi “ ( “Moot Court Competition”) yarışmasının təşkili və gedişatı qaydalarını müzakirə etmək.

Irakli Samxaradze ölkəmizdə qonaq olduğu müddət ərzində şəhərimizin tarixi və gözəl guşələri ilə də tanış oldu.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır