ELSA AZƏRBAYCANIN UĞURLU TƏQDİMATI!

ELSA AZƏRBAYCANIN UĞURLU TƏQDİMATI!

Bu gün, yəni 19 oktyabr 2013-cü il tarixində ELSA Azərbaycanın çoxdan gözlənilən təqdimatı baş tutdu. Bir müddətdir haqqında danışılan tədbir Bakı Dövlət Universitetində keçirilmişdir,  müxtəlif ali təhsil müəssisələrindən qatılan iştirakçıların sayı 100-dən çox olmuşdu. Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin əsas heyətindən əlavə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekan müavini Cabir Quliyev və Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov da iştirak edirdilər.

Açılış çıxışını edən və qonaqları xoş sözlərlə qarşılayan ELSA Azərbaycanın prezidenti Sirac Sultanlı təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən, təşkilatın fəaliyyətinə olan dövlət dəstəyindən, Avropada olmuş və olması nəzərdə tutulan tədbirlərdən danışdı. Daha sonra sözü Bakı Dövlət Universitetinin dekanı Cabir Quliyevə verdi.

“Bu gün burada Bakı Dövlət Universiteti,  Dövlət İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyasının tələbələrini görmək sevindirici haldır ki, bu da ELSA Azərbaycanın bütün hüquqşünas tələbələrini birləşdirən yeganə təşkilat olduğunu göstərir. ELSA Azərbaycanın yeni nəsil hüquqşünaslar üçün təşkil etdiyi şanslar, bir neçə il bundan əvvəl yox idi. Təşkilatın fəaliyyəti hüquq tələbəsinin özünü inkişaf etdirməsi üçün ələ düşməzdir. Tələbə həm dərslərə həmdə ictimai fəaliyyətə vaxt ayırmalı, imkan olduğu qədər xarici ölkələrin təcrübəsini öyrənməli və tətbiq etməlidir. Bu cəhətdən ELSA Azərbaycan hüquqşünasın xaricə çıxışı üçün ələ düşməyəcək imkanlar təklif edir. Ümidvarıq ki, hər sahədə aktivliyi ilə seçilən faküləmizin tələbəsi bu sahədə bizim başımızı uca edəcəkdir”

– çıxışını bu sözlərlə bitirib bizə hər zaman dəstək olacağını bildirən C. Quliyev hər bir iştirakçıda  ELSA Azərbaycan a böyük həvəs yaratdı.

Bunnan sonra söz Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov’averildi. Öz növbəsində M. Məmmədovda təşkilatın fəaliyyətini dəstəklədiyni və belə təşkilatların tələbələr üçün əvəzsiz imkanlar yaratdığnı, yeniliklər gətirdiyni, onların Dünya Tələbəsi ilə əlaqəndirilməsini təmin etdiyni bildirdi. Və uğurlar arzuladı.

Vitse-prezidentlərdən hər biri öz sahələri üzrə ətraflı məlumat verib tələbələrin suallarını cavablandırdılar. Bununla yanaşı təşkilatın fəaliyyətinə aid prezentasiya, video və şəkillər nümayiş etdirildi. Prezentasiyada gənclər təşkilatının əsas fəaliyyət istiqamətləri və gələcək hüquqşünasları bir araya toplayacaq bir sıra tədbirlərin keçiriləcəyi əks olunan iş planı təqdim olundu.
Tələbələrin suallarna cavab verildi. Şəkillər çəkildi.

Və sonda, hər kəsi Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycanın yeni və fərqli layihələrində aktiv iştirak etməyə dəvət edildi.

NƏRMİN Əliyeva

 

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır