ELSA Azərbaycanın sədri və üzvləri Qrazda keçirilən Beynəlxalq Prezidentlər Toplantısında iştirak ediblər

ELSA Azərbaycanın sədri və üzvləri Qrazda keçirilən Beynəlxalq Prezidentlər Toplantısında iştirak ediblər

IPM Graz

 

27-31 Avqust tarixində Avstriyanın Qraz şəhərində ELSA-nın ildə iki dəfə baş tutan Beynəlxalq Prezidentlər Toplantısı (International Presidents Meeting) keçirilib. Tədbirdə Azərbaycanı təşkilatın sədri Bayram Oruclu və təşkilatın idarə heyətinin üzvləri Elçin Abıyev, Aynur Hüseynova və Fatimə Məmədli təmsil ediblər. Tədbirdə ELSA-nın builki fəaliyyət planı, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və təşkilatın gələcəyi ilə bağlı məsələlər müzakirə olunub. Bu ilin ikinci IPM tədbiri Bakıda baş tutacaq və Avropanın 41 ölkəsindən ELSA-nın prezidentləri və üzvləri şəhərimizə gələcəklər.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır