ELSA Azərbaycanın “Legal Art” sərgisi baş tutdu

ELSA Azərbaycanın “Legal Art” sərgisi baş tutdu

Legal Art

Bugün ELSA Azərbaycanın ELSA Day çərçivəsində təşkil olunan, insan hüquqları və sosial məsuliyyəti təşviq edən rəsm və illüstrasiyalardan ibarət sərgisi baş tutmuşdur. Sərgidə 10-dan çox əsər gün ərzində qonaqlara nümayiş etdirilmişdir. Sərgi iştirakçılarına sertifikatlar verilmişdir. “Legal Art” eyni zamanda müsabiqə kimi keçirilir. Onun obyektivliyini təmin etmək üçün birinci yer ictimaiyyətin gözü önündə müəyyənləşdirilmişdir. İkinci yer isə ELSA Azərbaycanın İdarə Heyəti tərəfindən seçilmişdir. Birinci yeri tutana 350, ikinci və üçüncü yerlərə 150 və 100 manat pul mükafatı verilmişdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır