ELSA Azərbaycanın daha bir uğuru

2013-cü il iyunun 24-dən 2013-cü il avqustun 12-dək elan edilmiş Gənclər Fondu üçüncü qrant müsabiqəsi çərçivəsində qeyri-hökumət təşkilatları və yaradıcı gənclər tərəfindən təqdim olunmuş layihələrdən ən çox qrant ayrılan layihələrdən biri Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan Gənclər Sammiti oldu.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycanın hazırladığı və təşkil etdiyi bu layihədə bir çox fəal və yaradıcı gənclərin iştirakı gözlənilir. Sammitin noyabr ayında keçiriləcəyi nəzərdə tutulur, qeydiyyat isə oktyabr ayının ilk həftəsindən başlayacaqdır. Gənclər Sammiti layihəsinin müsabiqəni qazanıb qrant aldığı açıqlanandan artıq bir neçə gün sonra AGS Təşkilat Komitəsi yaradıldı. Komitənin əsas məqsədi 3 gün ərzində keçiriləcək bu tədbirin yüksək səviyyədə təşkil edilməsi və hər bir iştirakçının mümkün qədər çox yararlanacağını təmin etməkdir. Sammit 80-100 iştirakçıdan ibarət olunacaq.
Tədbirin keçiriləcəyi zaman çərçivəsində bir sıra olduqca maraqlı mövzular müzakirə olunacaq:
-gənclərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
-korrupsiya ilə mübarizədə dövlət siyasəti
-gənclərin ictimai fəallığının artırılması
və bu kimi başqa mövzular

Layihədə əsas mövzulardan başqa müxtəlif digər məsələlər barədə panel müzakirələr də keçiriləcəkdir. Gələcək hüqüqşünaslar fərqli və geniş müzakirələrdən faydalana biləcəklər. Dövlət rəsmiləri və ictimai təşkilat rəhbərlərinin iştirakı və çıxışları sammitin daha da maraqlı keçməsinə kömək edəcəkdir.

Nərmin Əliyeva

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır