
ELSA Azərbaycan üzvləri ilə Millət vəkili Aydın Mirzəzadənin – ELSA Tea görüşü keçirilmişdir
14 Dekabr 2014-cü il tarixində ELSA Azərbaycan üzvləri ilə Millət vəkili Aydın Mirzəzadənin – ELSA Tea görüşü keçirilmişdir.
ELSA Azərbaycan cəmiyyətimizin ziyalı şəxsləri, dövlət rəsmiləri, ictimai xadimləri ilə tələbələrin görüşlərini təşkil etməyə davam edir. ELSA Tea-nin bu dəfəki qonağı Millət vəkili və eyni zamanda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini Aydın Mirzəzadə olmuşdur. Aydın Mirzəzadə 2009-cu ildə “İlin ən fəal deputatı” seçilmiş, 2009 və 2010-cu illərdə isə bir-neçə gənclər təşkilatı tərəfindən “Gənclərin dostu” adına layiq görülmüşdür. O, həmçinin, Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər namizədidir. Ali məktəblərdə sosial-siyasi fənlərdən dərs deyir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.
Çay süfrəsi arxasında keçən görüşdə Millət vəkili tələbələrin suallarını cavablandırmış və onlarla müxtəlif mövzularda müzakirələr aparmışdır.