ELSA Azərbaycan – Tələbələrarası Hüquq Olimpiadasının I mərhələsi yekunlaşdı

ELSA Azərbaycan – Tələbələrarası Hüquq Olimpiadasının I mərhələsi yekunlaşdı

Azərbaycanın ən böyük hüquq tələbələri təşkilatı olan ELSA Azərbaycan tələbələr arasında hüquq olimpiadası keçirmişdir. Bakalavr pilləsində təhsil alan tələbələrin iştirak etdiyi olimpiadanın ilkin mərhələsi 14 noyabr tarixində Bakı Dövlət Universitetində baş tutmuşdur. Tələbələrin həm nəzəri həm də praktiki biliklərinin yoxlanılması məqsədilə olimpiada iki mərhələdə nəzərdə tutulmuşdur. Artıq baş tutan birinci mərhələdə yazılı test sualları iştirakçılara ünvanlanmışdır. Gələcək həftələrdə keçirilməsi planlaşdırılan ikinci mərhələdə isə iştirakçılardan müəyyən vaxt limiti ərzində kazusların həll olunması tələb olunacaq. Hər iki mərhələdə göstərdiyi nəticəyə görə ilk yerləri tutan tələbələr pul mükafatı ilə təltif olunacaqlar.

Olimpiadanın I mərhələsindən uğurla keçən 10 iştirakçı artıq məlumdur. I mərhələnin qaliblərini təbrik edirik :

1.Əlibaba Əliyev
2.Bəhram Axundov
3.Səmədağa Səmədzadə
4.Elgün Ataxanlı
5.İlkin Eldarov
6.Azad Məmmədli
7.Fidan Əbdürrəhimli
8.Fərid Məmmədov
9.Səriyyə Bünyadova
10.Bəhruz Qədərli

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır