ELSA Azərbaycan tələbələr arası hüquq olimpiadası keçirir

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – ELSA Azərbaycan tələbələr arası hüquq olimpiadasına start verir. Olimpiadanın keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə öz hüquqi biliklərini həm yazılı, həm də şifahi şəkildə sınamağa imkan yaratmaq, onları hüquqi analiz bacarıqlarının inkişafına təşviq etməkdir.

Müsabiqə 2 mərhələdən ibarət olacaqdır:

• Yazılı mərhələ : Bu mərhələdə iştirakçılara hüququn müxtəlif sahələri üzrə test sualları veriləcəkdir
• Şifahi mərhələ : Bu mərhələdə iştirakçılar onlara verilmiş kazusları müəyyən zaman intervalında həll edib cavablandıracaqlar.

– İkinci mərhələdə yalnız birinci mərhələdə ən yüksək nəticə göstərmiş ilk 15 tələbə iştirak edəcək ;
– Müsabiqədə yalnız hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər ;
– son qeydiyyat tarixi 30 yanvardır ;
– Müsabiqənin sonunda qaliblər pul mükafatı ilə təltif ediləcək, bütün iştirakçılara isə sertifikatlar veriləcəkdir.

Qeyd: Aktiv üzvlər üçün iştirak pulsuzdur. Passiv üzvlər üçün iştirak haqqı 5 AZN-dir. Üzv olmayanlar üçün isə iştirak haqqı 7 AZN-dir.

Qeydiyyat üçün link – http://goo.gl/forms/eCzgEAn6dn

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır