ELSA Azərbaycan – Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinə start verir

ELSA Azərbaycan – Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinə start verir

Avropa Hüquqşünas Tələbələr Asossiasiyası tərəfindən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi ilk dəfə 2011-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki universitet – Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri arasında təşkil edilmişdir. Layihənin final mərhələsi Ali Məhkəmədə keçirilmiş və Bakı Dövlət Universitetinin tələbələrinin qələbəsi ilə başa çatmışdır.

ELSA Azərbaycan hər il keçirdiyi Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsini bu il artıq 3 dildə – azərbaycan, ingilis və rus dillərində keçirir.

Bu gün universitetlərdə tələbələrə verilən təhsil sırf nəzəri biliklərə əsaslanır. Tələbə təhsil aldığı müddət ərzində bu bilikləri praktikada tətbiq etmək üçün isə demək olar ki, imkanı olmur. Məhz bu nöqteyi-nəzərdən yanaşsaq gələcəyin hakimi, vəkili, qanunverici orqanın nümayənədəsi olan bugünkü tələbənin hüquqi məsələlərin praktiki yanı ilə tanış olması onun yüksək keyfiyyətli bir kadr kimi yetişməsində mühüm rol oynayacaqdır. Bütün akademik il ərzində Mülki və ya Cinayət Prossesual Məcəlləsi tədris olunduğu halda, məhkəmə prosesinin keçirilməsi və təşkilinin digər qaydaları öyrədildiyi halda bu prosesin əyani şəkildə keçirilməməsi bu biliklərin səmərəli şəkildə qavranılmamasına gətirib çıxardır. Məhz bu baxımdan bütün dünyada hüquq təhsilinin ayrılmaz hissəsi olan Səhnələşdirilmiş Məhkəmə Prosesinin Azərbaycan ali təhsil ocaqlarında keçirilməsi son dərəcə zəruridir. Bu həm tələbələrimizin növbəti illərdə beynəlxalq turnirlərdə iştirak etməsi üçün bir növ hazırlıq mərhələsi rolunu oynayacaq, həm də universitetlərimiz Avropa və Amerika təhsil sistemi modeli ilə taniş olmasına zəmin yaradacaq. Bundan başqa qeyd edə bilərik ki, universitetlərin beynəlxalq reytinq üzrə sıralaması məhz bu cür müsabiqələrin keçirilməsi və ya müsabiqələrdə iştiraka görə müəyyənləşir.

Qeydiyyat şərtləri :
– İştirakçı qismində yalnız hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr iştirak edə bilər
– İştirakçılar 2 nəfərdən ibarət komandalar şəklində qeydiyyatdan keçməlidirlər

Müsabiqədə iştirak etməklə siz :
– qazandığınız nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı
– real məhkəmə prosesini duyma imkanı
– beynəlxalq müsabiqələrə adlama imkanı əldə edəcəksiniz

– Bu il müsabiqəmiz 3 dildə-azərbaycan, rus və ingilis dilində təşkil olunacaq ;
– Iştirakçılara peşəkar hüquqşünaslar tərəfindən təlim keçiriləcək ;
Qalibi ELSA Azərbaycan tərəfindən Avropanın 23 ölkəsində təşkil olunacaq hüquq yay məktəblərindən birində iştirak xərclərin ödenilməsi və pul mükafatı gözləyir
Eyni zamanda 2-ci və 3-cü yerlərin sahibini də dəyərli mükafatlar gözləyir.

Son qeydiyyat tarixi : 15 mart

Qeydiyyat üçün link : http://goo.gl/forms/kTq1FtQaCF

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır