ELSA Azərbaycan “Normativ hüquqi aktlar” mövzusunda təlim keçirmişdir

ELSA Azərbaycan “Normativ hüquqi aktlar” mövzusunda təlim keçirmişdir

Normativ aktlar

6 Dekabr 2014-cü il tarixində ELSA Azərbaycan tərəfindən “Normativ hüquqi aktlar” mövzusunda seminar təşkil edilmişdir. Seminar Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında baş tutmuş, təlimi Əlibaba Əliyev aparmışdır.

Cəmiyyətin sosial-siyasi və iqtisadi həyatının hüquqi təminatının  təyinedicisi hesab olunan  normativ hüquqi aktlar geniş müzakirə edilmişdir. Normativ hüquqi aktların xüsusiyyətləri, xarakteristikası, iyerarxiyası, təsnifatı, nəzəri və praktiki aspektlərdə preferensial  tələblər,  zamana və məkana görə qüvvəsi,  qəbulu mexanizmləri və s. digər məsələlər müzakirə formasında təhlil edilmişdir.

Dünya təcrübəsindən maraqlı kazuslar iştirakçılar tərəfindən müzakirə edilmiş, onların mövqeləri təhlil araşdırılmışdır. Mövzunu daha aydın olması məqsədilə bilavasitə normativizm cərəyanın banisi Hans Kelzenin derivativ metodu haqqında məlumat verilmişdir.

Respublikamızın inkişafında – vətəndaş cəmiyyəti mərhələsinin təşəkkülü prosesində normativ hüquqi aktların əhəmiyyəti və onlara dair tələblər təlimin əsas qayəsini təşkil etmişdir. Hüquq sistemimizin də aid olduğu Roman-German hüquq ailəsinin normativ – hüquq fəlsəfəsinin qanunvericiliyimizdə əsaslı şəkildə yerləşdiyi qənaətinə gəlinmişdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır