ELSA Azərbaycan “Media hüququ” mövzusunda təlim keçirdi

ELSA Azərbaycan “Media hüququ” mövzusunda təlim keçirdi

Media hüququ

15 noyabr 2014-cü il tarixində ELSA Azərbaycan tərəfindən “Media hüququ” ilə bağlı seminar təşkil edilmişdir. Seminar Virtual Qarabağ İKT mərkəzində hüquqşünas Xalid Ağalıyev və “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva tərəfindən keçirilmişdir. 35-dən çox tələbənin iştirak etdiyi seminarda son zamanlar aktual olan media sahəsindəki ictimai münasibətlərin hüquqi tənzimlənməsi, media hüququnun digər hüquq sahələri ilə əlaqəsi, jurnalistika və hüquqşünaslıq kimi aparıcı sahələrin lazımi qaydada əlaqələndirilməsi və media hüququ ilə bağlı digər məsələlər müzakirə edilmiş və bu sahə ilə bağlı tələbələrin sualları cavablandırılmışdır. Seminarın sonunda tələbələrə ELSA Azərbaycanın prezidenti Bayram Orucov tərəfindən sertifikatlar təqdim edilmişdir.
ELSA Azərbaycanın Seminar və Konfranslar üzrə vitse-prezidenti Pərvin Ənvərlinin sözlərinə görə, müasir dövr üçün aktual olan belə mövzular üzrə seminarlar növbəti həftələrdə də ELSA Azərbaycan tərəfindən təşkil ediləcəkdir.
Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 38,000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə birləşdirir. Azərbaycan təşkilata 2011-ci ildən üzv olmuşdur. Hal-hazırda Azərbaycan Təşkilatda 3 lokal qrupla – ELSA Bakı, ELSA Naxçıvan və ELSA Ağdam lokal qrupları ilə təmsil olunur.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır