ELSA Azərbaycan İtaliyanın Palermo şəhərində Beynəlxalq şura toplantısında təşkilatin tam üzvlüyünü əldə edib.
ELSA-nın Azərbaycan nümayəndəliyi 2010-cu ilin oktyabrında Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq şura toplantısında müşahidəçi üzv statusunu qazanmışdı.
Təqribən bir il sonra, bu ilin 23-30 oktyabr tarixində isə İtaliyanın Palermo şəhərində assosiasiyanın 60-cı Beynəlxalq şura toplantısında Azərbaycan nümayəndəliyinin bu təşkilata tam üzv kimi qəbul olunması məsələsi müzakirəyə çıxarılıb və “ELSA Azərbaycan”ın xeyrinə müsbət nəticə əldə olunub.Səsvermənin nəticələrinə əsasən, Azərbaycan ELSA-nın tam üzvünə çevrilib.
Qeyd edək ki, ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30.000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə ehtiva edir. Tələbələrə ELSA-nın geniş fəaliyyət imkanları və beynəlxalq əməkdaşlıq vasitəsilə beynəlxalq hüquq sistemləri barədə dəyərli biliklər və təcrübə əldə etmək imkanı təqdim olunur.