ELSA Azərbaycan inşa müsabiqəsinə start verir

ELSA Azərbaycan inşa müsabiqəsinə start verir

Essay competition
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Birliyi – ELSA Azərbaycanın təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində insan hüquqları” inşa müsabiqəsinə start verilir. Layihənin keçirilməsində əsas məqsəd hüquqşünas tələbələri elmi araşdırmalara təşviq etmək və hüquqi yazı bacarıqlarını inkişaf etdirməkdir.

Müsabiqənin şərtləri:

* Minimum 1000 sözdən ibarət olmalı
* Azərbaycan dilində olmalı
* Komputerdə Times New Roman şriftində (14 şrift, 1,5 interval) yığılmalı
* Yazılan inşalar ” Essay Competition” başlığı ilə [email protected] emailine göndərilməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının Ali məktəblərinin bakalavr pilləsində Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak edə bilərlər.
Qalib pul mükafatı və fərqlənən iştirakçılar sertifikatlarla təltif ediləcək. Həmçinin müsabiqədə ilk iki yeri tutan inşalar Azərbaycanın nüfuzlu hüquq jurnalında çap ediləcək və elsa.az saytında yayımlanacaqlar.
Qeydiyyat üçün bu linkə tıklayın
Əlavə suallarınız üçün əlaqə nömrəsi : 0555924121

İştirakçılar üçün son qeydiyyat tarixi: 10 Dekabr 2014
İnşaların göndərilməsi tarixi : 10 Dekabr – 28 Fevral

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır