ELSA Azərbaycan-ın “Bank hüququ” mövzusunda təlimi baş tutdu

ELSA Azərbaycan-ın “Bank hüququ” mövzusunda təlimi baş tutdu

Bank hüququ

29 noyabr 2014-cü il tarixdə Bakı Dövlət Universitetində ELSA Azərbaycan-ın “Bank Hüququ” mövzusunda seminarı baş tutmuşdur. Seminarda bank fəaliyyətinin hüquqi tənzimlənməsi, əqdlərdə təmsilçilik, bank sirri və s. digər mövzular müzakirəyə qoyulmuşdur.

Seminar Emil Xəlilov tərəfindən keçirilmişdir. Emil Xəlilov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasını bitirmişdir. 2007-2011-ci illər ərzində “Dəmirbank” ASC-də “Baş Hüquqşünas” vəzifəsində çalışmışdır. Hal-hazırda “Ekspressbank” ASC-də “Böyük Hüquqşünas” vəzifəsindədir. “LEX GROUP” MMC – Hüquq şirkətinin yaradıcısıdır.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır