ELSA Azərbaycan Beynəlxalq Şura Toplatısında

ELSA Azərbaycan Beynəlxalq Şura Toplatısında

11-18 Noyabr tarixlərində Xorvatiya Respublikasının Opatiya şəhərində 30-dan çox ölkədən 330-dan çox hüquqşünas tələbənin iştirakı ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) 74-cü Beynəlxalq Şura Toplantısı keçirilmişdir.
Beynəlxalq Şura Toplantısında ELSA Azərbaycanı Nigar Axundova, Elxan Əliyev, Murad İsmayılov, Zeynəb Kərimova, Fail İbrahimov, Aygül Vəliyeva və Elvin Əliyev təmsil etmişdir.
Tədbir ərzində ELSA-nın bir sıra vacib təşkilati məsələləri müzakirə olunmuşdur. 3 plenar iclasdan ibarət olan Beynəlxalq Şura Toplantısının final plenar iclasında Beynəlxalq İdarə Heyətinin ELSA Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə Vitse-Prezident vəzifəsinə seçkilər keçirilmişdir və ELSA Kipri təmsil edən George Manikas səsvermə nəticəsində bu vəzifəyə seçilmişdir.
Tədbir ərzində keçirilən konfransda Xorvatiya Respublikasının Baş Naziri cənab Andrey Plenkoviç iştirak etmişdir. Qeyd etmək istəyirik ki, cənab Plenkoviç ELSA Xorvatiyanın yaradıcılarından biri və 90-cı illərdə Beynəlxalq ELSA-nın Prezidenti vəzifəsini icra etmişdir.
Təşkilatın fəaliyyəti ilə bağlı olan seminarlardan və plenar iclaslardan başqa iştirakçılar üçün Qala gecəsi və sosial proqram təşkil olunmuşdu.

Növbəti, yəni 75-ci Beynəlxalq Şura Toplantısı 2019-cu ilin Mart ayında Bakı şəhərində keçiriləcəkdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

16 + 2 =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + two =