ELSA Azərbaycan 76-cı Beynəlxalq Şura Toplantısında

ELSA Azərbaycan 76-cı Beynəlxalq Şura Toplantısında

2019-cu ilin 20-27 Oktyabr tarixlərində Rumıniyanın Konstanta şəhərində ELSA-nın 76-cı Beynəlxalq Şura  Toplantısı keçirilmişdir. Toplantı ərzində ELSA Beynəlxalq təşkilatının strateji məqsədləri, struktur dəyişiklikləri, yeni planları və hədəfləri, 2020-ci ilin mart ayında Maltada keçiriləcək ELSA-ın 77-ci Beynəlxalq Şura Toplantısında  müzakirə olunacaq məsələlər barəsində müzakirələr aparılmışdır. 40-dan çox ölkədən 300-ə yaxın nümayəndənin, eyni zamanda ELSA Beynəlxalq təşkilatının Əsas İdarə Heyətinin iştirak etdiyi toplantıda ELSA Azərbaycanı təşkilatın Prezidenti Fail İbrahimov, Baş Katibi Bayram Baxşəliyev, Xəzinədarı Murad İsmayılov, Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti Rəşad Məhəmmədzadə və Tələbə Təcrübə Proqramları üzrə Vitse-Prezidenti Mirazər Məmmədzadə təmsil etmişdir.

 

1039e3d1-692b-447e-b552-dcbf0c15c0da

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

10 − five =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =