ELSA Azərbaycan 65-ci Şura Toplantısı – ICM Bodrum-da iştirak edib

ELSA Azərbaycan 65-ci Şura Toplantısı – ICM Bodrum-da iştirak edib

Əsas idarə heyəti 2014/15

Əsas idarə heyəti 2014/15

19-26 oktyabr tarixləri arasında Türkiyənin Bodrum şəhərində baş tutan Avropa Hüquqşünas Tələbələr Asossiyasiyasının 66-cı Beynəlalq Şura Toplantısında ölkəmiz 13 hüquq tələbəsindən ibarət deleqasiya ilə təmsil olunmuşdur. Təşkilatın idarə olunması, layihələrin həyata keçirilməsi, insan hüquqlarının təbliği, müdafiəsi və s. mövzularla yanaşı, gənc hüquqşünaslarımız tərəfindən də bəzi mövzular ortaya atılmış və müzakirə olunmuşdur. Gənclərimiz ELSA təşkilatının Azərbaycan nümayəndəliyində ELSA Bakı, ELSA Qarabağ və ELSA Naxçıvan lokal qruplarının yaradılması təşəbbüsü ilə çıxış etmişlər. Onlar bu addımı təşkilatın aktiv üzvlərinin əksəriyyətinin bu regionlardan olması və bu addımın təşkilatın fəaliyyətinə səmərə verəcəyi ilə əsaslandırmışlar. Nəzərə alsaq ki, ELSA qeyri-siyasi təşkilatdır və siyası məsələlərin ortaya atılması burada yolverilməzdir, tələbələrimiz Qarabağın hüquqi cəhətdən Azərbaycan Respublikasının ərazisi olduğunu əsaslandırmış, bununla hec kəsin maraqlarına və hüquqlarına xələl gətirilmədiyini bildirmişlər.
ELSA ( European Law Students’ Association) 1981-ci ildə avropalı hüquq tələbələri tərəfindən yaradılmışdır və bu gün 41 üzv ölkə və 40000-dən çox üzvü ilə dünyanın ən böyük hüquqşünas tələbə təşkilatıdır. Təşkilat 3 səviyyədə – beynəlxalq, milli və lokal səviyyələrdə fəaliyyət göstərir. Tələbələrimizin təşəbüsü əsasında, bundan sonra ELSA Azərbaycan lokal səviyyədə 3 şəhərlə – ELSA Bakı, ELSA Qarabağ və ELSA Naxçıvanla təmsil olunacaq.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır