“Dövlət qulluğuna qəbul” barədə informasiya xarakterli görüş keçirildi

Bugün ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəstəyi ilə informasiya xarakterli görüş keçirildi. Görüşdə iştirak edən Komissiyanın insan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və hüquq şöbəsinin aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev tələbələri dövlət qulluğuna dair maraqlandıran məsələlər – dövlət qulluğuna qəbul üzrə müsabiqələrin keçirilməsi, test imtahanlarının təşkil edilməsi qaydaları, qulluq funksiyaları, inzibati vəzifələrin təsnifatı, vəzifə maaşları, müxtəlif vəzifələrin tutulması şərtləri barədə çıxış etdilər və sual-cavab sessiyasında onların suallarını cavablandırdılar.

 

[fb_embed_post href=”https://www.facebook.com/media/set/?set=a.1166685680029039.1073741993.163382417026042&type=1&l=4d75b3e2b3″ width=”850″/]

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

twenty − 9 =

Leave a Reply

Your email address will not be published.

15 + eighteen =