BDU-da ELSA Azərbaycanın STEP – Xaricdə Təcrübə Proqramının təqdimatı baş tutmuşdur

BDU-da ELSA Azərbaycanın STEP – Xaricdə Təcrübə Proqramının təqdimatı baş tutmuşdur

STEP Day

ELSA Azərbaycan tərəfindən Bakı Dövlət Universitetində  hüquqşünas tələbələrə xaricdə iş təcrübəsi ilə bağlı unikal imkan yaradan STEP proqramı barəsində məlumat verilmişdir. Tədbirdə hüquqşünaslar, tələbələr işitrak etmişdir.

STEP proqramı çərçivəsində hüququn müxtəli sahələri üzrə iş imkanları nəzərdə tutulmuşdur. Xaricdə Təcrübə Proqramı STEP (Student Trainee Exchange Programme) Hüquq tələbələri və gənc hüquqşünaslar üçün xaricdə iş təcrübəsi qazanmaq imkanı verir. Proqram vasitəsi ilə siz Avropanın 20-dən çox ölkəsində və bundan başqa ABŞ, Hindistan, Dominikan Respublikası və s. kimi ölkələrdə işləyə yaxud təcrübə keçə bilərsiniz. Proqramda iştirak etmək üçün ilk öncə ELSA (European Law Students’ Association) Azərbaycana üzv olmalısınız. Aşağıdakı linkdən ELSA haqqında ətraflı öyrənə və qeydiyyatdan keçə bilərsiniz : http://elsaazerbaijan.org

ELSA Azərbaycana üzv olduqdan sonra siz 25 müxtəlif ölkədə təcrübə keçmək şansına malik olursunuz. Həmin ölkələrin və iş yerlərinin siyahısını aşağıdakı linkdən baxa bilərsiniz. http://step.elsa.org/traineeships/

STEP proqramında yalnız hüquq tələbələri və hüquqşünaslar iştirak edə bilərlər.

Sualınız olarsa [email protected] və yaxud da ELSA Azərbaycan Facebook səhifəsinin inboxuna müraciət edin.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır