Barselona şəhərinə təhsil səfəri

Əziz tələbələr! Avropanın ən qədim və gözəl şəhərlərindən biri olan Barselonada hüquq quruculuğu və hüquq mədəniyyəti ilə tanış olmaq, eyni zamanda şəhərin ən məşhur bina və muzeylərini görmək istəyirsinizsə, bu şansı qaçırmayın.

ELSA Azərbaycan və ELSA Barselonanın əməkdaşlığı çərçivəsində 5 gün müddətinə (28 aprel – 2 may) Barselona şəhərinə təhsil səfəri təşkil ediləcək.

Səfərin Sosial/akademik proqramına daxildir:
– hüququn müxtəlif sahələri üzrə mühazirələr dinləmək;
– Kataloniya Parlamentini ziyarət etmək;
– Barselona Universitetinə baş çəkmək;
– Barselonanın əsas ədliyyə qurumlarının yerləşdiyi Ədalət şəhərciyini gəzmək;
-dünyanın ən məşhur kilsələrindən biri olan Müqəddəs Ailə Kilsəsinə tur;
– 1-2 may tarixlərində isə Valensiya şəhərinə ekskursiya.

Səfər üçün 12 vakant yer müəyyən olunmuşdur. Müraciət edənlərin sayı çox olarsa, iştirakçılar müsahibə əsasında seçiləcəklər.

Siz də Barselonaya təhsil səfəri etmək istəyirsinizsə, aşağıdakı linkə daxil olub müvafiq formu doldurun:

http://goo.gl/forms/WyxcNMQ7DC

MÜRACİƏT ÜÇÜN SON TARİX: 25 Fevral 23:59

Əlaqə üçün: +994(50) 424-23-23 Məhəmməd İsmayılov (Təhsil səfərləri üzrə direktor)

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

17 + eight =

Leave a Reply

Your email address will not be published.

ten + 7 =