Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovla hüquq tələbələrinin görüşü

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovla hüquq tələbələrinin görüşü

Bu gün 2 Fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa
Hüquqşunas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycanın birgə təşkilatçılığı ilə, Kollegiyanın Sədri Anar
Bağırov və hüquqşünas tələbələrin görüşü keçirilmişdir. Görüş Ərzində Anar Bağırov Vəkilliyin tarixi,
Vəkillər Kollegiyasının fəaliyyət istiqamətləri, Vəkillər Kollegiyasına qəbul, Vəkillər Kollegiyasının
strukturu, son illərdə əldə olunmuş uğurlar, gələcək planlar, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan
arasındakı əməkdaşlığın perspektivləri və sairə məsələlər barəsində ətraflı məlumat vermişdir. Görüşdə
eyni zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Aparatının rəhbəri Fərhad Nəcəfov və
“Kəngərli və partnyorları” Vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli də iştirak etmişdir. Görüşün sonunda
Kollegiyanın sədri cənab Anar Bağırov gənclərin suallarını cavablandırmış və gənclərlə xatirə şəkli
çəkdirmişdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

eight − 4 =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + ten =