
Azərbaycan Mediasiya Müsabiqəsi
Dekabr ayının 14-də ADA Universitetində ELSA Azərbaycanın ArbMe Mübahisələrin həlli Mərkəzi və AAA – ABŞ Təhsilli Məzunlar Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi Azərbaycan Mediasiya Müsabiqəsinin Finalı baş tutmuşdur.
“Ən yaxşı tərəf nümayəndəsi” nominasiyasında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Nəzrin Şükürlü, “Ən yaxşı mediator” nominasiyasında isə ADA Universiteti I kurs tələbəsi Xəyyam Sultanlı qalib gəlmişdir.
Sonda qaliblər mükafatlandırılmış, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.