Azərbaycan Gənclər Sammiti

Azərbaycan Gənclər Sammiti

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək Azərbaycan Gənclər Sammiti layihəsi üçün qeydiyyata start verdi.

Layihə yalnız hüquqşünaslara yox eləcə də, qeyri-hüquqşünaslara ünvanlanmışdır. 3 gün davam edəcək sammit ərzində müxtəlif ictimai müzakirələrin və görüşlərin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Gənclər Sammitinin əsas müzakirə obyektləri əsasən bu istiqamətlərdə olacaqdır:

  • Gənclərin İctimai fəallığının artırılması, bu sahədə mövcud imkanlar və problemlər.
  • Gənclər üçün mövcud biznes quruculuğu imkanları, biznes ideologiyası.
  • Gənclərin ideyalarını reallaşdırmaq üçün mövcud imkanlar.
  • Korrupsiya ilə mübarizədə atılmış addımlar.
  • Müxtəlif treyninqlər.

Azərbaycan Gənclər Sammiti üçün onlayn qeydiyyat 10 dekabr tarixində başa çatacaqdır. Onlayn müraciətlərə baxıldıqdan sonra  birinci mərhələnin qalibləri ikinci (interview) mərhələdə iştirak hüququ və müvafiq olaraq, ikinci mərhələnin qalibləri Azərbaycan Gənclər Sammitində iştirak etmək hüququ əldə edəcəklər.

Müvafiq qaydada 3 gün ərzində tədbirdə iştirak edəcək şəxslərə ELSA Azərbaycan tərəfindən beynəlxalq sertifikat təqdim ediləcəkdir (ELSA nümayəndəlikləri tərəfindən təqdim edilən sertifikatlar Avropanın 42 ölkəsində tanınmaqdadır).

Tədbir 20-21-22 Dekabr tarixləri aralığında Bakı şəhərində reallaşacaqdır.

Qeydiyyat

poster12345

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır