Azərbaycan Gənclər Sammiti başlandı

Azərbaycan Gənclər Sammiti başlandı

20 Dekabr 2013-cü il tarixində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Azərbaycan Gənclər Sammiti layihəsinin açılış mərasimi keçirildi.

Açılış nitqi ilə çıxış edən ELSA Azərbaycan rəhbəri Sirac Sultanlı təşkilatın fəaliyyət istiqamətləri, bundan sonra təşkilatın qarşısında duran məqsəd və vəzifələr barədə iştirakçıları məlumatlandırdı.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri xanım İndira Hacıyeva ELSA-nın Azərbaycanda fəaliyyət göstərən Gənclər təşkilatları arasında xüsusi  yer tutduğunu qeyd edərək, təşkilatın öz fəaliyyətini daha da genişləndirəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Orxan Ərəbov  ELSA ilə Gənclər Fondu arasındakı mövcud əlaqələrin təqdirəlayiq olduğunu vurğulamış və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.

ELSA-nın yenicə əməkdaşlığa başladığı “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev də açılış mərasimində qonaq qismində çıxış etmişdir.  Rauf Mərdiyev öz nitqində bildirmişdir ki, “ELSA artıq Azərbaycandə QHT-lər arasında öz layiqli yerini tutmuşdur. İxtisaslaşmış QHT  kimi ELSA-nın  fəaliyyətinin çox geniş olması təşkilatın gələcək fəaliyyətinin qarantıdır”

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır