Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası keçirilmişdir

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası keçirilmişdir

ELSA Azərbaycan tərəfindən ilk dəfə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası-nın 1/8 və 1/4 final mərhələsəsi baş tutmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası sayəsində tələbələr təkcə yerli qanunvericiliyi araşdırmaqla qalmamış, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərdən keçirib, onları təhlil və analiz etmək, yerli qanunvericiliklə AİHM-nin presedent hüququnun əlaqəsi və müqayisəsini aparmaq imkanı əldə etmişlər. Həmçinin bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində getdiyini və qərarlarn hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmişlər. İlk növbədə qeydiyyatdan keçmiş komandalar müsahibəyə dəvət olunmuş və müsahibədən keçən ən yaxşı 16 komanda simulyasiyada iştirak haqqı qazanmışdır. Müsahibə mərhələsindən keçmiş komandalara Avropa İnsan Hüquqları Assosiyasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas işləmiş Könül Qasımova tərəfindən “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim keçilmişdir. 19-20 dekabr tarixlərində təcrübəli hakimlər tərəfindən Binəqədi Rayon Məhkəməsində 16 komandanın iştirakı ilə Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 1/8 və 1/4 final mərhələsi keçirilmişdir. Növbəti həftə Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasinın yarı-final və final mərhələləri Bakı Dövlət Universitetinin məhkəmə zalında keçiriləcək. Proseslər açıq keçiriləcək, hamınızı simulyasiyada tamaşaçı qismində görməkdən şad olarıq.

[fb_embed_post href=”https://www.facebook.com/media/set/?set=a.1121944817836459.1073741985.163382417026042&type=3″ width=”1500″/]

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

2 × 4 =

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =