Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası – Final

ELSA Azərbaycan tərəfindən ilk dəfə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının final mərhələsi uğurla həyata keçirilmişdir! Proseslər Bakı Dövlət Universitetinin məhkəmə zalında baş tutmuş və işlərə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Professor Əmir Əliyevin sədrliyi ilə kollegial qaydada baxılmışdır. AİHM Simulyasiyasının final mərhələsinədək müsahibə, Avropa İnsan Hüquqları Məhkəməsində işləmiş ekspert tərəfindən təlim, 1/16, 1/8, 1/4 və yarı-final mərhələləri baş tutmuşdur. Qaliblərin müəyyən olunması zamanı hüquqi faktlara əsaslanma, AİHM presedentlərinə istinad, tərəflərin natiqlik qabiliyyətləri kimi meyarlar əsas götürülmüşdür. AİHM simulyasiyası ELSA Azərbaycan tərəfindən ilk dəfə təşkil olunmaqla bərabər iştirakçılar üçün yeni təcrübə olmuş və Avropa İnsan Hüquqları Məhkəməsində şikayətlərə baxılması qaydası haqqında bilik və bacarıqların artırılması üçün şərait yaratmışdır.
Qeyd edək ki qalib komanda ELSA tərəfindən hər il keçirilən, finalı Strasburq, Fransada Avropa İnsan Hüquqları Məhkəməsində baş tutan və Avropanın 42 ölkəsindən komandaların yarışdığı beynəlxalq Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil etmək hüququ əldə etmişdir. Qalibləri təbrik edirik!

 

 

[fb_embed_post href=”https://www.facebook.com/media/set/?set=a.1126779340686340.1073741988.163382417026042&type=3″ width=”850″/]

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır

18 + three =

Leave a Reply

Your email address will not be published.

thirteen + six =