
Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası – 3-4.12.2016
3-4 dekabr tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası çərçivəsində I və II mərhələnin oyunları baş tutmuşdur. Simulyasiya Xətayi Rayon Məhkəməsinə məxsus olan məhkəmə zallarında keçirilmiş, oyunlara professional hakimlər başçılıq etmişdir. Turnirdə yazılı iddia ərizəsi mərhələsini uğurla keçən 16 komanda iştirak etmiş, II mərhələnin yekun nəticələrinə əsasən 4 komanda yarım-final mərhələsinə keçməyə haqq qazanmışdır. Yarım-final mərhələsinə keçən komandalar: LAluna, Optimus, Luter və Femida. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası çərçivəsində yarım-final və final oyunları 10 dekabr tarixində baş tutacaq.