Avropa Hüquqşünas Tələbələr Assosasiyasının Azərbaycan nümayəndəliyi ölkəmizi Portuqaliyanın Algarve şəhərində keçirilən Beynəlxalq Şura Toplantısında təmsil ediblər.

Nümayəndə heyəti Kamal Cəfərov Türkan Mustafayeva, Gülsəfa Cəfərova, Aynur Hacıyeva, Nuray Rəşidlidən ibarət olan gənc hüquq tələbələri mart ayının 25-dən aprel ayının 1-nə qədər davam edən iclaslar, Plenar Toplantılarda ölkəmizi təmsil ediblər.

Toplantıda əsas mövzu olaraq  avrointeqrasiya prosesində gənclərin rolu, gənc hüquqşünasların tələbə mübadiləsi proqramlarında iştirakı ,transmilli hüquqla bağlı müzakirələr və təmsil olunan Avropa ölkələrinin ELSA-nın fəaliyyətində iştirakının dəyərləndilməsi müzakirə edilib. Azərbaycan bu beynəlxalq təşkilata 2010-cu ildən etibarən qoşulub. 58-ci Beynəlxalq şura toplantısında Türkiyənin Alanya şəhərində müşahidəçi üzv statusunu qazandı . 1 il sonra İtaliyanın Palermo şəhərində assosiasiyanın 60-cı Beynəlxalq şura toplantısında Azərbaycan nümayəndəliyi bu təşkilata tam üzv kimi qəbul edildi  və “ELSA Azərbaycan” səsvermənin nəticələrinə əsasən ELSA-nın tam üzvü oldu. Sonuncu Şurada ELSA Azərbaycan artıq səsvermə hüququnu əldə etdi. Artıq Azərbaycan Nümayəndə heyəti şəbəkənin fəaliyyətində tam olaraq öz azad iradəsini ifadə etmək hüququ qazanıb. Beynəlxalq Şura tərəfindən ELSA şəbəkəsində passiv fəaliyyətinə və Beynəlxalq Toplantıda iştirak etmədiyi üçün ELSA Ermənistan və ELSA Luksemburqun üzvlüyü səs çoxluğu ilə dayandırıldı.

Toplantıda nümayəndə heyətimiz eyni zamanda Aprel ayının 26-29 tarixlərində Bakıda ilk dəfə olaraq həyata keçirilən ELSA Azərbaycan tərəfindən təşkil olunacaq  “Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu”nun təqdimatını həyata keçirdilər.

Iclasda son olaraq hər bir heyət öz ölkəsinin 1 illik fəaliyyət hesabatını təhvil verdi. ELSA Azərbaycanın bu ilki hesabat planına əsasən ölkəmizdə ilk dəfə olaraq universitetlər arası “Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi” keçirildi,  şəbəkənin sferasını daha da böyütmək üçün lokal qruplar yaradıldı, ELSA Tea” layihəsi çərçivəsində tələbələrlə ölkəmizin irəlidə gedən şəxslərinin eyni masa arxasında görüşünün təşkili reallaşdırıldı.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır