
“Antikorrupsiya Qış Məktəbi” Son Gün
8 Fevral tarixində “Antikorrupsiya Qış Məktəbi”nin son günündə iştirakçıların sertifikatla təltifolunma mərasimi baş tutmuşdur. Mərasimdə iştirakçıların tədbir və təşkilatçılıq barədə fikirləri alınmışdır. Qış məktəbini uğurla başa vurduqdan sonra bütün iştirakçılarla birlikdə Bakıya qayıdılmışdır. ELSA Azərbaycan olaraq həmtəşkilatçı Azərbaycan Antikorrupsiya Akademiyasına (AZAKA), həmçinin fəal və istəkli olduqları üçün bütün iştirakçılara təşəkkür edirik.