
“Antikorrupsiya Qış Məktəbi” IV Gün
7 Fevral tarixində “Antikorrupsiya Qış Məktəbi”nin IV günü praktiki məşğələlərlə əhatə olunmuşdur. İştirakçılar qruplara bölünmüş və öncəki günlərdə öyrəndikləri biliklərin köməyi ilə cəmiyyət daxilində müxtəlif elementlərlə korrupsiya səviyyəsi arasında nisbəti təhlil etmişlər. Günün sonunda isə iştirakçılar arasında mehribanlığı artırmaq və maraqlı vaxt keçirmək məqsədilə “Qala Gecəsi” təşkil olunmuşdur.