
“Antikorrupsiya Qış Məktəbi” III Gün
6 Fevral tarixində “Antikorrupsiya Qış Məktəbi”nin III gününə bir sıra vacib təlimlərlə davam edilmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, Antikorrupsiya sahəsində bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndə heyətinin üzvü Elnur Musayev tərəfindən “Korrupsiya cinayətlərinin prosessual aspektləri”, “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradov tərəfindən “Özəl sektorda korrupsiya və onunla mübarizə” mövzusunda təlimlər baş tutmuş, həmçinin təlimçilər tərəfindən gün ərzində bir sıra praktiki məşğələlər təşkil edilmişdir.