
Antikorrupsiya Qış Məktəbi – I gün
4 Fevral tarixində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELSA Azərbaycan və AZAKA-nın təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən “Antikorrupsiya Qış Məktəbi” lahiyəsinin açılış mərasimi keçirilmişdir. Qəbələ regional “Asan xidmət” mərkəzində baş tutmuş və tədbir təşkilatın sədri Məhəmməd İsmayılovun açılış nitqi ilə başlamışdır. Daha sonra AZAKA Keçid Qrupunun üzvü, millət vəkili Vüsal Hüseynov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və Qəbələ regional “Asan xidmət” mərkəzinin direktoru Əbdül Əiyev çıxış etmişlər. Günün ikinci yarısında iştirakçılara AZAKA keçid qrupunun üzvü Yalçın Rəfiyev və Vüsal Hüseynov tərəfindən “Korrupsiyanın tarixi, anlayışı və səbəbləri” və “Korrupsiyanın qarşısının alınması üzrə tədbirlər” mövzülarını əhatə edən təlimlər keçirildi. Sonda iştirakçılara növbəti günün simulyasiya oyunu praktiki məşğələlərlə izah olundu.