
AİHMS – Son təlim 26.11.2016
26 noyabr tarixində “Fabrika Coworking Center”-də Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının son təlimi baş tutmuşdur. Təlim Lega Standart Hüquq şirkətinin partnyoru və fərdi hüquqşünas kimi fəaliyyət göstərən Anar Mövsümoğlu tərəfindən keçirilmişdir. Təlimdə 60 nəfər iştirakçı iştirak etmiş və Məhkəmə Simulyasiyasına hazırlıq mərhələsi barədə ətraflı məlumatlar əldə etmişlər. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının ilk mərhələsi 3 dekabr tarixində baş tutacaq.