Akademik Fəaliyyətlər ELSA tarixinin başlanğıcından onun fundamental sahələrindən biri olmuşdur. Bir neçə il ərzində Akademik Fəaliyyətlər komandasının fəaliyyəti daha da genişləndi və çox sayda proqramlardan, layihələrdən ibarət oldu. Bu sahənin  layihələrində iştirakçılar praktiki və interaktiv təlim metodları vasitəsilə hüquqi bilik və bacarıqlarını artırmaq fürsəti əldə etmiş olurlar. Bu da birbaşa hüquq tələbələrinə və gənc hüquqşünaslara öz ixtisaslarında peşəkar şəkildə formalaşmağa kömək edir.

Akademik Fəaliyyətlər komandasının 2018/2019-cu akademik illər ərzində həyata keçirəcəyi layihələr:

ELSA Negotiation Competition ( Danışıqlar Müsabiqəsi )

ELSA Azərbaycan tərəfindən 2018-ci ildən keçirilməyə başlanılmış bu müsabiqə iki qrup arasında təşkil olunan danışıqlar prosesinin simulyasiyasıdır. Hüquqşünas tələbələr və ya gənc hüquqşünaslardan ibarət iki komanda öz müştərilərinin mənafeyini müdafiə edərək razılığa gəlməyə çalışırlar. Proses üç hakim tərəfindən müşahidə edilir və qiymətləndirilmə aparılır. Sonda müsabiqənin qaliblərinə  sertifikat və pul mükafatı təqdim olunur. Müsabiqənin keçirilməsində məqsəd hüquqşünas tələbələrə və gənc hüquqşünaslara biliklərini təcrübi olaraq tətbiq etməyə şəraitin yaradılmasıdır.

Essay Competition ( İnşa müsabiqəsi )

Bu müsabiqə 2 mərhələdə həyata keçirilir. Birinci mərhələ qoyulan mövzu üzrə hazırlıq məqsədilə Seminar və Konfranslar komandası ilə birgə təlimlərin təşkili, ikinci mərhələ isə müsabiqənin təşkilindən ibarətdir. İnşa müsabiqəsinin qaliblərinin inşaları ELSA hüquq jurnalına əlavə olunacaq.

Legal Debate ( Hüquqi Debat )

Hüquqşünas tələbələrin və gənc hüquqşünasların debat turnirlərinə olan marağını nəzərə alaraq, 2018/2019-cu akademik ildə də ELSA Azərbaycan tərəfindən 3-cü dəfə Hüquqi Debat turnirinin  keçirilməsi nəzərdə tutulur.

ELSA Day

Hər il Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən olunmuş mövzuya uyğun olaraq ELSA qrupları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Mövzusu “Təhsil almaq hüququ” olan bu layihə çərçivəsində ELSA Azərbaycan  məktəbli uşaqlar üçün “Education is life itself” adlı  tədbir həyata keçirəcək.

Legal Research Group (Hüquqi araşdırma qrupu )

Bu layihə özündə müəyyən hüquqi mövzu üzrə qruplar şəklində müzakirələr apararaq müəyyən nəticəyə gələn hüquq tələbələrini və gənc hüquqşünasları birləşdirir. Qeyd etmək istərdik ki, araşdırmalar həm Azərbaycan,həm də rus dillərində tərtib oluna biləcək. Uyğun olduğu təqdirdə məruzələr ingilis dilinə tərcümə olunaraq  ELSA Beynəlxalqa təqdim olunacaq.

Law Review ( Hüquq jurnalı )

Hüquq jurnalına məqalə yazmaq tendensiyasını inkişaf etdirmək məqsədilə ilk növbədə Hüquq jurnalına məqalə yazmaq istəyən şəxslər üçün Seminar və Konfranslar komandası ilə birlikdə təlimlərin təşkil olunacaq. Sonrakı mərhələlər isə məqalələrin qəbulu, yoxlanılması və jurnala əlavə olunmasından ibarət olacaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Akademik fəaliyyətlər  hüquqşünas tələbələrə və gənc hüquqşünaslara öyrəndikləri nəzəri bilikləri müxtəlif üsullarla praktiki cəhətdən tətbiq etməyə, müxtəlif  hüquqi mövzular çərçivəsində müzakirə və araşdırmalar aparmağa imkan verir.

Akademik fəaliyyət istiqamətləri  5 kateqoriyada əks olunur:

  1. İnşa müsabiqəsi (Essay Competition)
  2. Hüquqi Araşdırma (Legal Research)
  3. Hüquqi Debat (Legal Debate)
  4. Səhnələşdirilmiş Məhkəmə (Moot Court)
  5. Elsa for Children
  1. İnşa müsabiqəsinin keçirilməsində əsas məqsəd hüquqşünas tələbələri və gənc hüquqşünasları elmi araşdırmalara təşviq etmək və hüquqi yazı bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqə qanunvericilikdə və praktikada aktual olan müvzular çərçivəsində həyata keçirilir.
  2. Hüquqi araşdırma çərçivəsində  hüquqşünas gənclər və tələbələr qruplar şəklində müyyən hüquqi mövzu çərçivəsində müzakirələr aparır və sonda müəyyən nəticəyə gəlirlər.
  3. Hüquqi debat hüquqşünas gənclərin analiz və natiqlik bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
  4. Səhnələşdirilmiş məhkəmə prosesi tələbələrə hüquqi biliklərini təkmilləşdirməyə, nəzəriyyədə əldə etdikləri bilikləri praktikada tətbiq etməyə yardım edən akademik bir müsabiqədir. Bu müsabiqə həm milli həm də beynəlxalq səviyyədə keçirilir. Beynəlxalq səviyyədə hər il iki müsabiqə təşkil olunur ki, bunlar ticarət hüququ və insan hüquqlari üzrə olur. Milli səviyyədə isə ЕLSA Azərbaycan olaraq hər il respublika çərçivəsində əmək, mülki, cinayət işləri üzrə müsabiqə təşkil edirik
  5. Elsa for Children çərçivəsində məktəb şagirdlərinə öz hüquqlarını öyrətmək, məqsədilə təlimlər təşkil edilir.