65. Malta Şura Toplantısı

65. Malta Şura Toplantısı

16-23 mart tarixləri arasında Maltada ELSA-ın ən böyük toplantısı olan Beynəlxalq Şura Toplantısı (ICM) həyata keçirilmişdir. Toplantıda Azərbaycanı 18 nəfərlik hüquq tələbəsindən ibarət deleqasiya təmsil etmişdir. Toplantının əsas məqsədi təşkilatın beynəlxalq heyətini seçmək, təşkilatın fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul etmək və təbii ki,  ölkəmizi Avrpada təmsil etməkdir. Bir həftə ərzində müxtəlif seminarlar, konfranslar, iclaslar keçirilmişdir. Seminarlarda görülən işlər müzakirə olunmuş, işlərin təkmilləşdirilməsi üçün yollar axtarılmışdır.  Maltanın mühüm mütəxəssislərinin iştirakı ilə “Qlobalizasiya və onun imkanları: hüquqşünasın perspektivləri” adlı konfrans keçirilmişdir. Plenar iclaslarında isə seminarlar zamanı irəli sürülmüş qərarlar və dəyişikliklər səsverməyə qoyuldu. 14 saat davam edən final plenar iclası zamanı yeni beynəlxalq idarə heyəti seçildi.

 Şura toplantısı zamanı əldə edilən ən böyük uğurlardan biri Elsavision performans müsabiqəsində tələbələrimizin birinci yeri tutmaları oldu. Milli və xarici rəqslərin sintezindən ibarət performans beynəlxalq idarə heyəti tərəfindən birinci yerə layiq görüldü. Digər mühüm uğur isə 2015-ci il Beynəlxalq Prezidentlər görüşü (IPM) üçün Bakının namizədliyinin irəli sürülməsi oldu. Prezentasiya təqdim olundu, suallara cavab verildi və gizli səsvermə zamanı  Bakının namizədliyi 105 səsdən 104 lehinə olmaqla qəbul olundu.

ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) 1981-ci ildə Viennada bir qrup tələbə tərəfindən  yaradılmışdır. Hal hazırda 42 ölkədə 38000-dən çox üzvü var. Azərbaycan 2011-ci ildən etibarən təşkilatın tamhüquqlu üzvüdür.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır