Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azerbaijan) 2013-2014 akademik ilində təşkilatda fəaliyyət göstərəcək layihə meneceri vəzifəsi üçün vakansiya elan edir. Müraciət edən şəxslərin aşağıdakı xüsusiyyətlərə cavab verməsi arzuolunandır :

* Layihə yazmaq və təşkilati işlərdə iştirak etmək bacarığı

* Bu sahədə müəyyən təcrübəyə sahib olmaq

* İngilis dilini bilmək (upper-intermediate)

* Komanda daxilində işləmək bacarığı

Xatırlatmaq istərdik ki, ELSA artıq 2 ildir Azərbaycanda fəaliyyət göstərir və fəaliyyəti çərçivəsində “ Səhnələşdirilmiş məhkəmə müsabiqəsi – Moot Court Competition”, “ Gənc Hüquqşünasların I Beynəlxalq Bakı Forumu” , “İnsan Hüquqlarına dair Beynəlxalq Forum” və s. kimi mütərəqqi layihələrin təşkilatçısı olub.

Müraciət üçün CV-lərinizi [email protected] elektron poçt adresinə (Mövzu hissəsinə “Project Manager” yazmaqla) göndərə bilərsiniz. Son müraciət tarixi : 22.08.2013 , 23:59

Qeyd : Qeyri-hüquqşünas tələbələr də müraciət edə bilərlər.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır