ELSA Azərbaycan nəzdində fəaliyyət göstərən STEP Programı hüquq tələbələri və gənc hüquqşünaslar üçün xaricdə hüquq və onunla bağlı sahələrdə təcrübə keçmək üçün əvəzedilməz fürsətdir.  Program çərçivəsində təcrübə keçən şəxslər hüquqi biliklərinin praktikada tətbiqini öyrənməklə yanaşı, inkişaf etdirilmiş dil bilikləri və təcrübə kecdikləri ölkənin mədəniyyəti ni də mənimsəmiş olurlar. Təcrübə müddəti 2 həftədən 2 ilədək davam edə bilər. ELSA təcrübə keçəcək şəxslərə proqramdan əvvəl və proqram müddətində yaşayış, viza və  mühitə uyğunlaşmada dəstək verir.

STEP proqramına yalnız ELSA üzvü olan şəxslər müraciət edə bilər və aşağıdakı prosedur izlənməlidir :

a)     Üzvü olduğu ELSA-nın STEP nümayəndəsi ilə əlaqə saxlamaqla məlumat əldə etmək;

b)    Nümayəndədən əldə etdiyiniz tələbə müraciət formasını doldurmaq ;

c)     STEP yerli vitse-prezidentindən müraciət formasında təqdim etdiyiniz məlumatların yoxlanılması üçün görüş təyin etməyi xahiş etmək ;

Müraciət formasında bütün mühüm məlumatlar doldurulmalıdır və müraciətçi eyni zamanda 3 təcrübə proqramını qeyd edə bilər. Təcrübə proramına müraciət edərkən, son müraciət tarixi, təcrübə müddəti və tələblərə diqqət yetirilməlidir.

Müraciət formasını doldurarkən aşağıdakı punktlar nəzərə alınmalıdır :

–         Təhsil səviyyəsi

–         Dil bilikləri

–         Hüquqi biliklər

–         CV

–         Motivasiya məktubu

Sizə uyğun təcrübə proqramı tapdıqdan sonra STEP üzrə məsuliyyətli şəxslə əlaqə saxlayın . ( STEP officer, VP STEP)

Suallarınızı gözləyirik!

step@elsaaazerbaijan.org