Seminarlar & Konfranslar hüquq tələbələri və gənc hüquqşünaslara, əsasən, onların universitet proqramı çərçivəsində öyrənə bilmədikləri müxtəlif hüquqi mövzular haqqında müzakirə etmək və öyrənmək imkanı verir.

S&C fəaliyyət istiqamətləri üç kateqoriyada əks olunur: Elmi Fəaliyyyətlər, Təhsil Səfərləri, Təşkilati (İnstitusional) Səfərlər.

1. Elmi Fəaliyyətlər

  • Seminarlar
  • Konfranslar
  • Mühazirələr
  • Panel Müzakirələr
  • Hüquq Məktəbləri

Seminarların məqsədi iştirakçıların tədris proqramında öyrənə bilmədikləri aktual hüquqi mövzuların müzakirəsini və öyrənilməsini onlar üçün təşkil etməkdir.

Konfranslar daha çox elmi fəaliyyət olub iştirakçıların fərdi iştirakını və onların elmi rəylərini tələb edir. Konfrans ərzində mühazirədən əlavə mövzular ayrı-ayrı qruplarda müzakirə olunur və sonda qruplar müzakirənin nəticələrini elan edir.

Mühazirələr peşəkar məruzəçi tərəfindən verilən, hüququn müəyyən bir sahəsinə aid məruzədir.

Panel müzakirələr müxtəlif sahələrdən olan ekspertlərin xüsusi hüquqi mövzuları auditoriya qarşısında müzakirə etdiyi fəaliyyətdir.

Hüquq məktəbləri hər hansı hüquqi mövzuda təşkil olunan, mühazirələr və seminarlardan ibarət olan bir fəaliyyətdir.

2. Təhsil Səfərləri

Təhsil səfərləri milli və beynəlxalq səviyyədə ELSA qruplarının elmi və mədəni mübadiləsini nəzərdə tutur.

3. Təşkilati Səfərlər

İnstitusional (Təşkilati) səfərlər hökumət və qeyri-hökumət təşkilatlarına, idarəçilik orqanlarına, özəl institutlara, universitetlərə və digər ali təhsil müəssisələrinə təşkil olunan səfərlərdir.