Xəbərlər

Jan
23

“Səyyar Hüquqi Yardım” layihəsi Sumqayıtda start götürdü

ELSA Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 23 yanvar 2015-ci il tarixində Sumqayıt şəhərində “Səyyar hüquqi yardım” layihəsinin icrasına başlamışdır. “Səyyar hüquqi yardım” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin 1-ci mərhələsi əsasən uşaq hüquqları ilə bağlı məsələləri ehtiva edib. Burada məqsəd uşaqlara prinsipial hüquqi məqamlar haqqında izahatlar, şərhlər vermək, uşaqlarda ilkin hüquqi şüurun formalaşdırılmasından […]

Məlumat
Dec
31

ELSA Azərbaycan “Yeni il” partisi keçirdi

ELSA Azərbaycan Elit Ticarət və Əyləncə Mərkəzində Yeni İl Partisi keçirmişdir Post by ELSA Azerbaijan.

Məlumat
Dec
25

ELSA Azərbaycan tələbələr arası hüquq olimpiadası keçirir

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – ELSA Azərbaycan tələbələr arası hüquq olimpiadasına start verir. Olimpiadanın keçirilməsində əsas məqsəd hüquqşünas tələbələrə öz hüquqi biliklərini həm yazılı, həm də şifahi şəkildə sınamağa imkan yaratmaq, onları hüquqi analiz bacarıqlarının inkişafına təşviq etməkdir. Müsabiqə 2 mərhələdən ibarət olacaqdır: • Yazılı mərhələ : Bu mərhələdə iştirakçılara hüququn müxtəlif sahələri üzrə test […]

Məlumat
Dec
14

ELSA Azərbaycan üzvləri ilə Millət vəkili Aydın Mirzəzadənin – ELSA Tea görüşü keçirilmişdir

14 Dekabr 2014-cü il tarixində ELSA Azərbaycan üzvləri ilə Millət vəkili Aydın Mirzəzadənin – ELSA Tea görüşü keçirilmişdir. ELSA Azərbaycan cəmiyyətimizin ziyalı şəxsləri, dövlət rəsmiləri, ictimai xadimləri ilə tələbələrin görüşlərini təşkil etməyə davam edir. ELSA Tea-nin bu dəfəki qonağı Millət vəkili və eyni zamanda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini Aydın Mirzəzadə olmuşdur. Aydın […]

Məlumat
Dec
10

ELSA Azərbaycan “İnsan Hüquqları Günü” ilə bağlı videoçarxı təqdim edir

Bugün 10 Dekabr – İnsan Hüquqları Günü-dür. ELSA Azərbaycan sizə bu gün münasibətilə hazırladığı videoçarxı təqdim edir. Beynəlxalq İnsan və Vətəndaş Hüquqları Bəyənnaməsinə əsasən hazırlanan videoda əsas insan hüquqları tanıdılır.

Məlumat
Dec
06

BDU-da ELSA Azərbaycanın STEP – Xaricdə Təcrübə Proqramının təqdimatı baş tutmuşdur

ELSA Azərbaycan tərəfindən Bakı Dövlət Universitetində  hüquqşünas tələbələrə xaricdə iş təcrübəsi ilə bağlı unikal imkan yaradan STEP proqramı barəsində məlumat verilmişdir. Tədbirdə hüquqşünaslar, tələbələr işitrak etmişdir. STEP proqramı çərçivəsində hüququn müxtəli sahələri üzrə iş imkanları nəzərdə tutulmuşdur. Xaricdə Təcrübə Proqramı STEP (Student Trainee Exchange Programme) Hüquq tələbələri və gənc hüquqşünaslar üçün xaricdə iş təcrübəsi qazanmaq […]

Məlumat
Dec
06

ELSA Azərbaycan “Normativ hüquqi aktlar” mövzusunda təlim keçirmişdir

6 Dekabr 2014-cü il tarixində ELSA Azərbaycan tərəfindən “Normativ hüquqi aktlar” mövzusunda seminar təşkil edilmişdir. Seminar Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında baş tutmuş, təlimi Əlibaba Əliyev aparmışdır. Cəmiyyətin sosial-siyasi və iqtisadi həyatının hüquqi təminatının  təyinedicisi hesab olunan  normativ hüquqi aktlar geniş müzakirə edilmişdir. Normativ hüquqi aktların xüsusiyyətləri, xarakteristikası, iyerarxiyası, təsnifatı, nəzəri və praktiki aspektlərdə preferensial  […]

Məlumat
Nov
29

ELSA Azərbaycan-ın “Bank hüququ” mövzusunda təlimi baş tutdu

29 noyabr 2014-cü il tarixdə Bakı Dövlət Universitetində ELSA Azərbaycan-ın “Bank Hüququ” mövzusunda seminarı baş tutmuşdur. Seminarda bank fəaliyyətinin hüquqi tənzimlənməsi, əqdlərdə təmsilçilik, bank sirri və s. digər mövzular müzakirəyə qoyulmuşdur. Seminar Emil Xəlilov tərəfindən keçirilmişdir. Emil Xəlilov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasını bitirmişdir. 2007-2011-ci illər ərzində “Dəmirbank” ASC-də “Baş […]

Məlumat
Page 4 of 12« Birinci...23456...10...Axırıncı »