Avropa Hüquqşünas Tələbələr Assosiasiyası ( The European Law Students’ Association)

Avropanın müxtəlif dövlətlərindən, universitetlərindən, mədəniyyətlərindən olan on minlərlə Hüquqşünas Tələbəni və Gənc Hüquqşünası özündə birləşdirməklə, Hüquqşünas Tələbələrin bütövlükdə dünyadakı ən böyük şəbəkəsidir. Təşkilatın yaradılmasında və hal-hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, Beynəlxalq Konfranslar, Təlimlər, Səhnələşdirilmiş Məhkəmə prosesləri keçirilməsi yolu ilə Hüquqşünas Tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.

43 Avropa dövlətindən olan Hüquqşünas Tələbələrin və Gənc Hüquqşünasların vahid bir şəbəkədə təşkilatdıraraq ELSA istər tələbə mübadiləsi həyata keçirməklə, təhsil səfərləri təşkil etməklə, istərsə də təcrübə proqramları təşkil etməklə Hüquqşünasların öz sahələrində daha professional formalaşması və təcrübə qazanması yolunda böyük köməklik göstərmiş olur. Eyni zamanda təşkilatın Beynəlxalq olması Hüquqşünaslara istər mədəni, istər elmi cəhətdən Avropaya inteqrasiya olmaq imkanı yaratmaqdadır.

ELSA-nın əsas şüarı olan-

“ İNSAN MƏNƏVİYYATINA VƏ MƏDƏNİ MÜXTƏLİFLİKLƏRƏ HÖRMƏT

təşkilatın fəaliyyətində başlıca prinsip kimi çıxış edir.

Təşkilatın yaranma məqsədləri sadəcə sadaladığımız akademik xarakterli fəaliyyətlərdən ibarət deyildir, ELSA eyni zamanda, müxtəlif dövlət, din və irqlərdən olan Hüquqşünas Tələbələrin və Gənc Hüquqşünasların daimi dostluğunu yaratmağı qarşıya məqsəd qoymuşdur, fəaliyyət məqsədləri sırasında müxtəlif əyləncəli tədbirlər, partilər, gəzintilərin təşkili də əsas yer tutmaqdadır.