Nadir Mehdiyev

img_nadir

Nadir Mehdiyev

Xəzinədar

ELSA ailəsinə qoşularaq Beynəlxalq və yerli tədbirlərdə təcrübə qazana bilərsiniz.

1996-ci il 28 Sentyabrda Ağcabədi rayonununda anadan olmuşam. 2002-ci ildə Ağcabədi rayon 11 nömrəli tam orta məktəbində 1-ci sinfə daxil olmuş, 2008-cı ilə qədər həmin məktəbdə təhsil almış, 2008-ci ildə isə təhsilimi Lənkəran Özəl Liseyində davam etdirmişəm. 2013-cü ildə qəbul imtahanı nəticəsində 685 bal toplamış və Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsinə daxil olmuşam. Təhsilimi hal-hazırda bu müəssisədə davam etdirirəm.

ELSA Azərbaycan ilə tanışlığım 2013-cü ildə, ELSA Azərbaycanın təhsil aldığım universitetdə baş tutan təqdimat mərasimi ilə başlamışdır. 2015-ci ildən BMT Modeli Azərbaycan layihəsində və ELSA Azərbaycanın STEP komandasının tərkibində fəal iştirak edib bir neçə uğurlar qazandım. Hal-hazırda ELSA Azərbaycanda Xəzinədarlıq vəzifəsini icra edirəm.