Məhəmməd İsmayılov

img_mahammad-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

Məhəmməd İsmayılov

Prezident

ELSA Azərbaycan azsaylı təşkilatlardandır ki, xidmət etdiyi tələbələrin mənafeyini öz mənafeyindən üstün tutur.

Mən – Məhəmməd İsmayılov 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2002-2013-cü illərdə 258 nömrəli məktəbdə orta təhsil almış, məktəbi qızıl medalla bitirmişəm. 2013-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasına daxil olmuşam. Hal-hazırda həmin akademiyanın 4-cü kursunda təhsil alıram.

2014-cü ilin avqustundan ELSA-nın İdarə Heyətindəyəm. Təşkilata qoşulduğum vaxtdan Seminarlar və Konfranslar komandasında bir çox tədbirlərin təşkilində bilavasitə iştirak etmişəm. 2-ci kursda oxuyarkən ELSA Səhnələşdirilmiş Məhkəmə Yarışında 2-ci yeri tutmuşam. Bundan başqa “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasında” Ən yaxşı Natiq adına layiq görülmüşəm. Avropa Şurası tərəfindən dəstəklənən, ELSA Azərbaycanın bu ilki Hüquq Araşdırma Qrupunun tərkibində olmuş və ifadə azadlığı mövzusunda ingilis dilində 2 məqalə yazmışam.

2015/2016-cı il fəaliyyət dövrü üçün komandada Təhsil Səfərləri üzrə Direktor vəzifəsində çalışmış və 28 aprel – 4 may müddətlərini əhatə edən, ELSA Azərbaycan tarixində Barselona şəhərinə Təhsil Səfərini təşkil etmişəm.

Ümumilikdə 8 beynəlxalq ELSA tədbirində iştirak etmiş və kifayət qədər təcrübəyə malikəm:

– 2014 Praqa Əsas Məntəqə Toplantısı;

– 2015 Kluj-Napoka Beynəlxalq Şura Toplantısı;

– 2015 Praqa Yardımçı Məntəqə Toplantısı;

– 2016 Malta Beynəlxalq Şura Toplantısı;

– 2016 Münster Əsas Məntəqə Toplantısı;

– 2016 Tallin Beynəlxalq Prezidentlər Toplantısı;

– 2016 Lvov Yardımçı Məntəqə Toplantısı;

– 2016 Porto Beynəlxalq  Şura Toplantısı.

Hal-hazırda qurumun Prezidenti vəzifəsini icra eləyirəm. Əsas fəaliyyət prioritetim ELSA Azərbaycan təşkilatının brendləşdirilməsidir. Bu istiqamətdə fəaliyyətimiz akademik ilin sonunadək davam edəcək.

Events

ID Event Name Duration Start Date
TV Formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi 5 Weeks 11 February 2017
Antikorrupsiya Qış Məktəbi 1 Weeks 04 February 2017