Xəyalə Abdullazadə

img_xeyale

Xəyalə Abdullazadə

Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqələri üzrə Vitse-Prezident

Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi hüququn ən öyrədici və əyləncəli formasıdır.

Mən, Abdullazadə Xəyalə 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə Bakı şəhəri 96 saylı tam orta məktəbində ibtidai təhsilimə başlamış, 2014-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam. Birinci kursda təhsil alarkən ELSA Azərbaycan ailəsinə qoşulmuş və Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsində iştirak etmişəm. 2015-2016-cı illər akademik fəaliyyət dövründə İdarə Heyətində – Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi komandasında fəaliyyət göstərmişəm. Ümumilikdə 2 beynəlxalq ELSA tədbirində iştirak etmiş və kifayət qədər təcrübəm var:

– 2015 Batumi Beynəlxalq Şura Toplantısı;

– 2016 Malta Beynəlxalq Şura Toplantısı.

Son keçirilən seçkilərdə Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi üzrə Vitse-Prezident vəzifəsinə layiq  görülmüşəm və hal-hazırda həmin vəzifəni icra edirəm.

 

Events

ID Event Name Duration Start Date
TV Formatında Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi 5 Weeks 11 February 2017
Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası 1 Weeks 03 December 2016
Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi 0 Hours 01 February 2016