Bayram Məmmədov

img_bayram

Bayram Məmmədov

Marketinq üzrə Vitse-Prezident

Hər zaman demişəm, yenə də deyirəm. Marketinq sahəsi ELSA-nın gizli əlidir!

1996-cı il 18 sentyabrda Naxçıvan şəhərində anadan olmuşam. 2002-2004-cü illərdə Naxçıvan şəhər 7 saylı orta məktəbində, 2004-2008-ci illərdə Bakı şəhər 165 saylı orta məktəbində təhsil almışam. 2008-ci ildə Naxçıvan Türk Liseyinə imtahan yolu ilə qəbul olmuş və 2013-cü ildə həmin liseyi əla qiymətlərlə bitirmişəm. 2013-cü ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsiyəm. Universitetə başladığım ilk günlərdən BDU Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvü olmuş və təşkilatın fəaliyyətində yaxından iştirak etmişəm. ELSA-nın Rumıniyada baş tutan 67-ci Beynəlxalq Şura Toplantısında iştirak etmişəm. Bu ildən etibarən ELSA Azərbaycanın Marketinq üzrə Vitse-Prezidenti vəzifəsində çalışacağam.